• Bakı 27° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Sertifikasiyadan kəsilən müəllimlərin NƏZƏRİNƏ: komissiyalar yaradıldı

CƏMİYYƏT

02 Iyul 2026 | 10:32

Sertifikasiyadan kəsilən müəllimlərin NƏZƏRİNƏ: komissiyalar yaradıldı

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Verilən məlumata görə, 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026