• Bakı 25° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

İngiltərə - Konqo matçının ən yaxşısı

İDMAN

01 Iyul 2026 | 23:11

İngiltərə - Konqo matçının ən yaxşısı

İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2026-nın 1/16 finalında Konqo yığmasına qarşı keçirilən matçın (2:1) ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçu 75 və 86-cı dəqiqələrdə vurduğu qollarla dubla imza ataraq komandasına 1/8 finala vəsiqə qazandırıb.

Qeyd edək ki, Keyn bununla turnirdəki qol sayını 5-ə çatdıraraq bombardirlər siyahısında Erlinq Haalandla eyni göstəriciyə sahib olub. Hazırda bu siyahıya hərəyə 6 qolla Lionel Messi və Kilian Mbappe başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026