• Bakı 27° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Hindistan Rusiyaya “yardım əli uzadır”: 400 min ton yanacaq...

İQTİSADİYYAT

02 Iyul 2026 | 08:58

Hindistan Rusiyaya “yardım əli uzadır”: 400 min ton yanacaq...

Son həftələrdə Ukrayna Rusiyada, hətta cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşən çoxsaylı neft emalı zavodlarını hədəfə alıb.

Bakıvaxtı.az “Bmtv.com”a istinadən xəbər verir ki, məqsəd Kreml rejimini müharibə iqtisadiyyatını təmin edən gəlir mənbəyindən məhrum etməkdir. Nəticədə, Rusiyada yanacaqdoldurma məntəqələrində yanacaq tapılmadı. 2014-cü ildə qanunsuz olaraq ilhaq edilən və hazırda fövqəladə vəziyyət elan edilən Krımda yanacaq satışı dayandırılıb.

Bəs Rusiya böhranlı vəziyyətdən necə çıxacaq?

Məlumata görə, Hindistandan Rusiyaya ən azı 60 min ton yanacaq göndərilib. Bildirilir ki, Rusiya 400 min tona qədər yanacaq idxal etməyi planlaşdırır.

“Kpler” analitik şirkətinin məlumatına görə, mart ayında Hindistan neft emalı zavodları Rusiyadan gündə orta hesabla təxminən iki milyon barel idxal ediblər, yanvar və fevral aylarında isə bu rəqəm təxminən bir milyondur.

Mətndə qeyd olunur ki, Rusiyaya yardım əli uzadan Belarus cəmi bir neçə gün ərzində dəmir yolu ilə yanacaq tədarükünü üç dəfə artırıb.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026