• Bakı 25° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır

SİYASƏT

01 Iyul 2026 | 19:54

İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır

Azərbaycan üçün sülh artıq reallıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Dövlət başçısı bildirib ki, Ursula fon der Lyayenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər.

"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".

Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:

"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağa öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR