• Bakı 25° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Musiqi üzrə qabiliyyət imtahanları BAŞLADI

CƏMİYYƏT

01 Iyul 2026 | 17:53

Musiqi üzrə qabiliyyət imtahanları BAŞLADI

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyunun 1-dən start verilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi ", "Proqram forması", musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.

İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (https://eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR