"Briqada" və "Bumer"in ulduzu Aleksandr Vısokovskinin cəsədi Oka çayında tapılıb.
Bakıvaxtı.az SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, onu dalğıclar aşkar ediblər.
Rusiya mətbuatının məlumatına görə, 62 yaşlı aktyor ötən gün gündüz saatlarında 17 yaşlı oğlu ilə birlikdə Puşşino dili ərazisində Oka çayına yollanıb. Hansısa məqamda onlar bir-birini gözdən itiriblər: Aleksandr dil boyu irəli gedib və geri qayıtmayıb. Oğlu əvvəlcə onu gözləyib və tapmağa çalışıb, daha sonra isə evə yollanıb.
Jurnalistlərlə söhbətində aktyorun həyat yoldaşı bildirib ki, Okanın bu ərazisində çox güclü axın var. Onun sözlərinə görə, cəmi iki həftə əvvəl burada bir kişi boğulub.
"Telegram" kanallarının məlumatına görə, aktyor həyat yoldaşı və iki oğlu ilə birlikdə hadisə yerindən o qədər də uzaq olmayan Puşşinoda (Moskva vilayəti) yaşayır.
Aleksandr Vısokovski "Briqada" serialındakı xəyanətkar "Maks" rolu sayəsində geniş şöhrət qazanıb. O, "Bumer" filmində "Polis" rolunu oynayıb, həmçinin "Turetskinin marşı", "Undina" və "Next" seriallarında çəkilib.
Bakı 



