Mərhum müğənni Emi Uaynhausn atası Mitç Uaynhaus qızının dostlarına qarşı açdığı məhkəmə işində məğlub olub.
Bakıvaxtı.az xəbər verir ki, London məhkəməsi 75 yaşlı Mitç Uaynhaus Eminin yaxın dostları Naomi Parri və Katriona Qurlaya ümumilikdə təxminən 2,7 milyon dollar ödəməsi barədə qərar çıxarıb.
Mitç daha əvvəl dostlarını Emiyə məxsus şəxsi əşyaları onun icazəsi olmadan ABŞ-də keçirilən hərraclarda satmaqda və bundan gəlir əldə etməkdə ittiham edib.
Lakin məhkəmə bu iddiaları əsassız hesab edib. Hakim bildirib ki, Mitç Uaynhaus hərrac planlarından əvvəlcədən xəbərdar olub və satışla bağlı hərracı təşkil edən şirkətlə birbaşa əlaqə saxlayıb.
Hakim Klark qərarında Mitçin "zəif iddiaları bilərəkdən irəli sürdüyünü, prosesi aqressiv şəkildə davam etdirdiyini və qarşı tərəfin nüfuzuna, karyerasına, maliyyə vəziyyətinə zərər vuran əsassız ittihamlar səsləndirdiyini" vurğulayıb.
Qeyd edək ki, Emi Uaynhaus 2011-ci ildə 27 yaşında alkoqol zəhərlənməsi nəticəsində dünyasını dəyişib. O, "Back to Black" albomu ilə dünya şöhrəti qazanmışdı.
Bakı 



