• Bakı 25° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

"Joker" filminin prodüseri dələduzluqda ittiham olunur

ŞOU

30 Iyul 2026 | 17:49

Joker filminin prodüseri dələduzluqda ittiham olunur

"Joker" filminin amerikalı film prodüseri və maliyyəçisi Ceyson Klot 100 milyon dollardan çox məbləği əhatə edən Ponzi sxemi ilə bağlı ittiham olunub. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Bu barədə ABŞ-nin İllinoys ştatının Şimal Dairəsi üzrə Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Klot 2019-cu ilin aprelindən 2026-cı ilin iyun ayına qədər investorlardan pul toplayaraq, guya film layihələrini, əyləncə oyun platformasını və digər əyləncə müəssisələrini maliyyələşdirib. O, ümumilikdə İllinoys ştatının investisiya məsləhətçisindən, müştərilərindən və digər investorlardan 100 milyon dollardan çox pul alıb. 

İddialara görə, investorlara investisiyalarının dəyəri və gəlirliliyi barədə yalan məlumat verilib.

Klot toplanan vəsaitin bir hissəsini Kanadada daşınmaz əmlakın inkişafı və şəxsi xərclər də daxil olmaqla, digər məqsədlər üçün istifadə etmək niyyətində olub. 

Müstəntiqlər Klotdan əmlakın müsadirə edilməsini və ya ən azı 12,25 milyon dolların geri qaytarılmasını tələb ediblər. Ona qarşı irəli sürülən yeddi ittihamın hər biri maksimum 20 il həbs cəzası nəzərdə tutur. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR