• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Suriyada 3 türkmana vəzifə verilib

DÜNYA

01 Iyul 2026 | 21:06 | Müəllif: Subhan Mahmudov

Suriyada 3 türkmana vəzifə verilib

Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri "X" sosial şəbəkə hesabında yazıb.

"Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib", - N. Yılmaz bildirib.

Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:

"Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026