Ötən gecə yağan yağışlar bəzi çaylarda su səviyyəsində dəyişikliklərə yol açıb.
Bakıvaxtı.az xəbər verir ki, bol yağıntı səbəbindən Göyçayda axın sularının həcmi saniyədə 40 kubmetrdən 43 kubmetrə, Türyançayda isə ötürücülük saniyədə 22 kubmetrdən 25 kubmetrə yüksəlib.
Qanıx çayımda isə əksinə, çayın səviyyəsi 10 kubmetr enərək saniyədə 725 kubmetrdən 715 kubmetrə düşüb.
Qeyd edək ki, güclü yağıntılı havaya baxmayaraq, Mingəçevir Su anbarının su səviyyəsində hər hansı dəyişiklik qeydə alınmayıb. Son 3 günün göstəricilərinə uyğun olaraq hazlrda anbarda suyun sabit səviyyəsi 82 metr 4 santimetr həddində qalmaqda davem edir.
Məlumat üçün bildiririk ki, anbarda maksimal səviyyə 83 metrdir.
Murad İsmayıl
Bakı 



