• Bakı 25° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər

ŞOU

01 Iyul 2026 | 18:15

Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər

Kanada 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Kanada 2015-ci ildə yarışmaya qoşulan Avstraliyadan sonra “Avroviziya”ya qatılan ilk debütant ölkədir. 

Ölkə 2027-ci ildə Bolqarıstanda təşkil ediləcək müsabiqəyə yarımfinal mərhələsindən qoşulacaq.

Kanadanı təmsil edəcək ifaçının necə seçiləcəyi isə bu ilin sonuna qədər açıqlanacaq.

Qeyd edək ki, Kanada ötən həftə Avropa Yayım Birliyinin tamhüquqlu üzvü olub. Bu status ölkəyə 2027-ci ildən etibarən “Avroviziya”da iştirak etmək hüququ verib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR