• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Yarım ildə ölkəmizdə maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb

CƏMİYYƏT

01 Iyul 2026 | 11:39

Yarım ildə ölkəmizdə maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası isə 4 və 4-dən yuxarı, ikisinin isə maqnitudası 5 və 5-dən yuxarı olub.

Həmin dövrdə baş verən təkanlar Xəzər dənizi, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar, Lerikdə qeydə alınıb.

Bundan başqa, son 6 ayda iki sürüşmə hadisəsi də baş verib.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026