• Bakı 26° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Azərbaycan-Türkiyə hüquqi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu - FOTOLAR

SİYASƏT

01 Iyul 2026 | 15:16

Azərbaycan-Türkiyə hüquqi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olundu - FOTOLAR

Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dövlətlər arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Baş prokuror, həmçinin, nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbul şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.

Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətlərinin bundan sonra da qarşılıqlı etimad və dəstək əsasında uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026