• Bakı 26° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

İcra hakimiyyəti qapaqsız lük şikayətinə belə CAVAB VERDİ

CƏMİYYƏT

01 Iyul 2026 | 11:06

İcra hakimiyyəti qapaqsız lük şikayətinə belə CAVAB VERDİ

Abşeron rayonunun Xırdalan şəhərində qapaqsız lükün hərəkət iştirakçılarına təhlükə yaratması barədə şikayət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yağış sularının axıdılması üçün nəzərdə tutulan lükün qapağı yoxdur.

"Açıq vəziyyətdə qalan lük həm nəqliyyat vasitələrinin sürücüləri, həm də piyadalar üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem artıq aradan qaldırılıb, lük qapaqla təmin olunub. //oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026