• Bakı 26° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Mənzillər 2040-cı ilə qədər BAHALAŞACAQ

İQTİSADİYYAT

01 Iyul 2026 | 07:57

Mənzillər 2040-cı ilə qədər BAHALAŞACAQ

“Bakıda mənzillərin qiymətinin ucuzlaşması mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

O qeyd edib ki, 2027-ci ildə də qiymətlər artacaq:

“Hətta qiymət artımının 2030 və 2040-cı illərə qədər davam etməsi mümkündür. Çünki “Bakı şəhəri Baş Planı -2040” qəbul olunub. İlk növbədə istismar müddətini bitirmiş və ya qəzalı binaların söküntüsünə başlanılıb. Bir yerdə söküntü varsa, orada yeni binalar inşa olunacaq. Yeni binaların da qiyməti əvvəlkilərdən 1,5 və 2 dəfə yüksək olur. Belə olan halda təbii ki, qiymətlərin artımı qaçılmazdır”.

Vüqar Oruc, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri

V.Orucun qənaətincə, məzillərin bahalaşması prosesi o vaxta qədər davam edəcək ki, artıq daşınmaz əmlak bazarı, həm əhalinin sayına, həm də iqtisadi inkişafa görə, bir-biri ilə düz mütənasib olsun:

“Bu, təqribən 2040-cı ildən sonra, biz yeni Bakı ilə qarşılaşandan sonra mümkün ola bilər. Həmin baş plan həyata keçdikdən sonra biz tamam fərqli Bakının şahidi olacağıq”.

Aydın   


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026