• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

AİB Tiflisin dairəvi yolunun tikintisinə 250 milyon dollar ayırır

İQTİSADİYYAT

30 Iyul 2026 | 12:50

AİB Tiflisin dairəvi yolunun tikintisinə 250 milyon dollar ayırır

Asiya İnkişaf Bankı (AİB) Tiflisin dairəvi yolunun tikintisinə 250 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, layihə Şərq-Qərb avtomagistralı çərçivəsində 18,9 kilometrlik dördzolaqlı yolun inşasını nəzərdə tutur.

Yeni yol nəqliyyat axınını paytaxtdan kənara yönəltməklə Tiflisdə tıxacları azaldacaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq. AİB rəsmisi Lesli Bearman Lam bildirib ki, layihə Gürcüstanın regional nəqliyyat qovşağına çevrilməsinə və tranzit imkanlarının genişlənməsinə töhfə verəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026