• Bakı 26° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9362

    RUB - 2.2078

Ev təmir edənlərə PİS XƏBƏR: İnşaat bazarında qiymətlər əl yandırır

CƏMİYYƏT

01 Iyul 2026 | 13:06

Ev təmir edənlərə PİS XƏBƏR: İnşaat bazarında qiymətlər əl yandırır

Tikinti sektorunda yaranan canlanma bu sahədə bahalaşmaya səbəb olub. Əməkdaşımızın “Eurouhome” bazarlarında apardığı sorğu nəticəsində müəyyən olub ki, inşaat materiallarının qiymətləri ötən aylardakına nisbətən xeyli qalxıb.

Konkret olaraq, taxta məmulatlarının qiymətində artım müşahidə olunur. Məsələn, 3 ay öncə 23 manata təklif olunan 15-lik “dikt” indi 25 manat satılır, eyni zamanda 1,75 manata satılan “laqa” indi 2,20 manatdır.

Qiymətlərin bu qədər bahalaşmasına səbəb kimi isə topdansatış müəssisələrində qiymətlərin qaldırması göstərilir.

Bahalaşmanın real səbəbləri barədə Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, bu seqmentdə qiymətlərə təsir göstərən bir neçə amil var:

“Bu, taxtanı idxal etdiyimiz ölkədəki vəziyyətdən, eyni zamanda ölkəyə gətiriləndə tətbiq olunan gömrük rüsumlarından, sahibkarların qiymətmüəyyənetmə sövdələşməsindən, bu sahədəki monopoliyadan asılıdır. Bununla yanaşı, bazarda mövsümi təsiredici məqam da var. Yaz və yay aylarında inşaat sektorunda canlanma müşahidə olunur. Bu da inşaat materiallarına tələbatı artırır”.

Fuad İbrahimov: Bizim bazarlarda qiymələrə dair məsuliyyət sindromu yoxdur, qiymətləri kortəbii bahalaşdırırlar

Ekspert onu da əlavə edib ki, bu bazarda qiymətləri tənzimləyən bir standart və ya mexnizm də yoxdur:

“Taxta bazarında şəffaf uçot yoxdur. Bunun olmaması qiymətlərdə volatilliyin yaranmasına yol açır. 4 ildir, Rusiya Ukraynaya qarşı müharibə aparır. Bu üzdən taxta bahalaşdığı qədər bahalaşıb”.

Müsahibimiz qeyd edib ki, dünya bazarlarında inşaat materialları ilə bağlı ciddi bahalaşma yoxdur. Ancaq bizim bazarlarda qiymələrə dair məsuliyyət sindromu yoxdur.

“Qiymətləri kortəbii bahalaşdırırlar. Bilirlər ki, mövsümdür, taxtaya tələbat var, alıcının başqa alternatici də yoxdur. Hər günü 5-10 qəpik bahaşdırırlar və bu da sonda böyük süni qiymət artımı formalaşdırır. Nəticədə əziyyəti vətəndaşlar çəkir”, - deyə Fuad İbrahimov vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyun 2026