• Bakı 23° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!

İDMAN

30 Iyun 2026 | 20:41

Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!

Almaniya milli komandasının dörd futbolçusu DÇ-2026-nın 1/16 finalında Paraqvaya qarşı keçirilən matçın penaltilər seriyasında altıncı zərbəni vurmaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, altıncı penalti vuran şəxs seçilərkən komandanın kapitanı Yozua Kimmixin sualına cavab olaraq Leon Qoretska, Anton Valdemar, Nataniel Braun və Malik Tşau qapıya doğru getməkdən boyun qaçırıblar.

Xatırladaq ki, Almaniya millisi Manuel Noyerin də yer aldığı heyətlə DÇ-2026-da çıxışını elə 1/16 final mərhələsində, Paraqvaya məğlub olaraq başa vurub.

Məlumat üçün bildirək ki, Almaniya-Paraqvay matçının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında paraqvaylıların qapıçısı Xilin iki zərbəni qaytarmasından sonra rəqib 3:2 hesabı ilə önə keçsə də, son iki zərbədə Noyer fərqlənərək hesabı bərabərləşdirib. Lakin altıncı zərbədə Conatan Ta topu qapıdan yüksəyə göndərib, Xose Kanale isə hədəfdən yayınmayıb və Paraqvay 1/8 finala yüksəlib.

Növbəti mərhələdə Cənubi Amerika təmsilçisi Fransa və ya İsveç yığması ilə qarşılaşacaq./"Qafqazinfo"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR