• Bakı 25° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

 1 gündə 205 nəfər saxlanılıb

CƏMİYYƏT

30 Iyun 2026 | 13:02

 1 gündə 205 nəfər saxlanılıb

İyunun 29-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 205, o cümlədən borclu şəxs qismində axtarışda olan 178, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 25 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.Ümumi çəkisi 1,4 kiloqramdan artıq narkotik vasitə, yabanı halda bitmiş 6,8 ton çəkidə 2 min 136 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib. 

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və ayrı-ayrı rayonlarda 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər də saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026