Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:
"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
***
11:17
Yevlax rayonunda 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



