• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Göyçayda avtomobil kanala düşdü, 84 yaşlı sürücü ÖLDÜ - YENİLƏNİB -VİDEO

HADİSƏ

30 Iyun 2026 | 15:02 | Müəllif: Aynur Babazadə

Göyçayda avtomobil kanala düşdü, 84 yaşlı sürücü ÖLDÜ - YENİLƏNİB -VİDEO

Göyçayda kanala düşən avtomobil sudan çıxarılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qəzaya uğrayan “VAZ-2106” markalı avtomobilin sürücüsü rayonun Ləkçıplaq kənd sakini, 84 yaşlı Ağalar Osmanov olub.

Onun meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Ayşəgül

***

14:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:10

Göyçada yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil əvvəlcə KIA markalı maşınla toqquşub, daha sonra su kanalına düşüb.

Avtomobilin kanaldan çıxarılması üzrə işlər davam etdirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026