• Bakı 25° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Perunun ilk qadın prezidenti seçildi

DÜNYA

30 Iyun 2026 | 13:14

Perunun ilk qadın prezidenti seçildi

Perunun mühafizəkar “Xalqın gücü” Partiyasının lideri Keyko Fuhimori prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Perunun Milli Seçki Komissiyasının məlumatına görə, Keyko Fuhimori prezident seçkilərinin iyunun 7-də keçirilən ikinci turunda səslərin 50,1 faizini, solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes isə 49,86 faizini toplayıb.

Keyko Fuhimori iyulun 3-də rəsmən qalib elan ediləcək, andiçmə mərasimi isə iyulun 28-də keçiriləcək.

Ölkənin sabiq Prezidenti Alberto Fuhimorinin qızı olan 51 yaşlı Keyko Fuhimori Perunun ilk qadın prezidenti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026