• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Belçikada vətəndaşlıq rüsumu 3 min avroya qaldırıla bilər

DÜNYA

30 Iyul 2026 | 13:05

Belçikada vətəndaşlıq rüsumu 3 min avroya qaldırıla bilər

Belçikanın müdafiə naziri Teo Franken ölkə vətəndaşlığı üçün müraciət rüsumunun 1 000 avrodan 3 000 avroya qaldırılmasını və məcburi vətəndaşlıq testinin tətbiq olunmasını təklif edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Növbəti addım – hər müraciət üçün 3 000 avro ödəniş almaq və nəhayət, vətəndaşlıq testini tətbiq etməkdir", – deyə T.Franken qeyd edib.

Qeyd edək ki, sözügedən rüsum 2026-cı ilin əvvəlində 150 avrodan 1 000 avroya qaldırılmışdı. Məbləğin ödənilməsi isə pasportun verilməsinə zəmanət yaratmır.

Nazir əlavə edib ki, rüsumun artırılmasından sonra bir il ərzində vətəndaşlıq üçün müraciətlərin sayı iki dəfə azalıb, dövlətin gəlirləri isə dörd dəfə artıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026