• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Ermənistan bunun idxalını qadağan etdi 

DÜNYA

30 Iyul 2026 | 12:19

Ermənistan bunun idxalını qadağan etdi 

Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri də daxil olmaqla, ölkəyə pomidor pastasının idxalına 6 ay müddətinə qadağa qoyulması barədə qərar qəbul edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında müvafiq sənəd təsdiqlənib.

Qərara əsasən, müvəqqəti qadağa 2026-cı il avqustun 3-dən qüvvəyə minəcək və 6 ay ərzində qüvvədə olacaq.

Məhsulun idxalına tətbiq edilən müvəqqəti məhdudiyyətlə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyana qərar qüvvəyə minməzdən ən geci 3 təqvim günü əvvəl Avrasiya İqtisadi Komissiyasını (AİK) məlumatlandırmaq tapşırılıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026