• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Türkiyədə işsizlik son 21 ilə görə ən aşağı səviyyədədir

DÜNYA

30 Iyul 2026 | 12:27

Türkiyədə işsizlik son 21 ilə görə ən aşağı səviyyədədir

Türkiyənin Çalışma və Sosial Müdafiə naziri Vedat Işıkhan iyun ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazir ölkədə işsizlik səviyyəsinin 2005-ci ildən bəri ən aşağı həddə gerilədiyini bildirib.

V.Işıkhanın sözlərinə görə, iyun ayında işsizlik nisbəti əvvəlki illə müqayisədə 1 faiz azalaraq 7,6 faizə düşüb: "Bununla da işsizlik göstəricisi son 21 ilin rekordunu vurub və artıq 38 aydır ki, tək rəqəmli səviyyədə qalmaqda davam edir. Eyni dövrdə məşğul şəxslərin sayı 227 min nəfər artaraq 32 milyon 733 min nəfərə çatıb".

Nazir əlavə edib ki, gənclər arasında da işsizlik kəskin azalıb. İyun ayında bu göstərici 12,8 faizə enərək 2005-ci ildən bəri ən yaxşı nəticəsini göstərib. Qadınlar arasında işsizlik isə 9,8 faizə düşərək 2012-ci ildən bəri ən aşağı həddə geriləyib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026