• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponiya zəlzələsində ölənlərin sayı 34-ə çatdı - YENİLƏNİB

DÜNYA

30 Iyul 2026 | 12:22 | Müəllif: Əli Hüseynov

Yaponiya zəlzələsində ölənlərin sayı 34-ə çatdı - YENİLƏNİB

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb.

Bakıvaxtı.az Yaponiya mediasına istinadən xəbər verir ki, bu barədə Kumamoto prefekturasının təbii fəlakətlərə reaksiya qərargahından bildirilib.

İndiyədək onlardan səkkizi Yatsuşiro şəhərində tüstü borusunun uçduğu "Nippon Paper Industries" zavodunda həlak olub.

Kaşima şəhərindəki "AEON Mall" ticarət mərkəzində xilasetmə əməliyyatı zamanı bu gün səhər saatlarında iki nəfər tapılıb, onlardan birinin öldüyü təsdiqlənib. Beləliklə, ticarət mərkəzində ölənlərin ümumi sayı 5-ə çatıb.

Qərargahdan həmçinin bildirilib ki, zəlzələnin fəsadları səbəbindən 39 nəfər orta ağır, 22 nəfər isə yüngül xəsarət alıb.

Kumamoto prefekturasında 415 təxliyə mərkəzi açılıb. Bundan başqa, təxminən 74 800 ev təsərrüfatının hələ də susuz, 23 000-ə yaxın ev təsərrüfatının isə işıqsız qaldığı bildirilir.

***

09:39

Yaponiyanın Kyusu adasının Kumamoto prefekturası ərazisində baş verən zəlzələdə 28 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat verib. 

Bundan əvvəl 18 qurbanın olduğu bildirilirdi.

Xatırladaq ki, iyulun 28-də seysmoloqlar Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar və ən güclü təkanlar Uki və Kikava şəhərlərində hiss olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026