• Bakı 27° C

    9.91 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq

DÜNYA

30 Iyul 2026 | 12:30

SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın son zərbələrindən sonra təcavüzkarı bu gün cəzalandıracağını bəyan edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, “Fars” agentliyi bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.

    "Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq", - bəyanatda deyilir.

    SEPAH-ın bu bəyanatı ABŞ-ın gecə saatlarında İrana qarşı həyata keçirdiyi hücumlardan sonra səsləndirilib.

    ABŞ rəsmiləri İran ərazisindəki SEPAH hədəflərinə "güclü" zərbələr endirildiyini açıqlayıblar. Məlumata görə, Qeşm, Kiş, Bəndər-Abbas, Abadan və Buşəhr şəhərlərində partlayış səsləri eşidilib.

    İran rəsmilərinin məlumatına görə, Qeşmdə yaşayış binasına endirilən zərbə nəticəsində bir cütlük və onların iki yaşlı övladı ölüb, daha iki uşaq yaralanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Iyul 2026