Böyük Britaniya hökuməti növbəti dörd il ərzində Böyük Britaniya Silahlı Qüvvələri üçün dron istehsalına 6,6 milyard dollar sərmayə qoyacaq.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Den Carvis açıqlama verib.
O, bildirib ki, müharibənin təbiəti sürətlə dəyişir. Pilotsuz sistemlər münaqişələr üçün vacibdir. Bu texnologiyalara Böyük Britaniyanın indiyə qədər etdiyi ən böyük sərmayə - 6,6 milyard dollar silahlı qüvvələrin effektiv olmasına və müdafiə sektorundakı aparıcı şirkətləri dəstəkləməsinə kömək edəcək.
Böyük Britaniya Silahlı Qüvvələrinin "pilotsuz transformasiya" proqramı üçün maliyyələşdirmə hökumət tərəfindən dərc ediləcək Müdafiə İnvestisiya Planına daxil ediləcək. Vəsait mürəkkəb muxtar dronların, kiçik taktiki PUA-ların və kamikaze dronlarının istehsalına yönəldiləcək.
Vəsaitlərin bir hissəsi iyunun ortalarında İngiltərənin Suindon şəhərində açılan Avropanın ən böyük pilotsuz sınaq mərkəzinin işini dəstəkləmək üçün istifadə olunacaq.
Gülşən Şərif
Bakı 



