• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

SEPAH-a məxsus mövqelər vuruldu

DÜNYA

30 Iyul 2026 | 09:33 | Müəllif: Əli Hüseynov

SEPAH-a məxsus mövqelər vuruldu

"İran daxilində onlarla İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus mövqeyini hədəf aldıq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb. 

CENTCOM-un məlumatına görə, zərbələr bir gün əvvəl Yaxın Şərqdəki Amerika qüvvələrinə edilən uğursuz raket hücumuna cavab olaraq həyata keçirilib.

Mərkəzi Komandanlıq bildirib ki, zərbələr hərbi komandanlıq mərkəzlərini, raket və pilotsuz təyyarə qurğularını, sahil müdafiəsi və müşahidə məntəqələrini, eləcə də SEPAH-ın dəniz imkanlarını hədəf alıb. 

Əlavə edilib ki, Yaxın Şərqdə 50 mindən çox ABŞ əsgəri tam hazırlıq vəziyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026