• Bakı 19° C

    2.12 m/s

Ərdoğan bəyan etdi: Yaxın günlərdə PKK ilə bağlı...

DÜNYA

29 Iyul 2026 | 23:38 | Müəllif: Subhan Mahmudov

Ərdoğan bəyan etdi: Yaxın günlərdə PKK ilə bağlı...

PKK-nın tərksilah edilməsi ilə bağlı qanun layihəsi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

"Yaxın günlərdə hazırladığımız hüquqi aktı parlamentə təqdim edəcəyik. Siyasi partiyaların dəstəyi ilə terrorizmdən azad bir Türkiyə yaratmaq prosesini başa çatdıracağıq. Bu proses başa çatdıqda, ölkəmiz ağır iqtisadi yükdən azad olacaq və 86 milyon əhalinin hamısı bundan faydalanacaq", - Ərdoğan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR