Moskvada Morozov Xəstəxanasının həkimləri 10 yaşlı uşağın burnundan 16 maqnit kubu çıxarıblar.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, 10 yaşlı oğlan şiddətli burun ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun hər iki burun dəliyində maqnitlər aşkarlanıb. Əsas təhlükə maqnitlərin qarşılıqlı təsirindən olub.
Uğurlu əməliyyatdan sonra həkimlər xəstənin burnunu, boğazını və qırtlağını müayinə ediblər, sinə və qarın boşluğunun rentgen müayinəsini aparıblar.
Əməliyyatdan sonra uşağın vəziyyətinin yaxşılaşdığı açıqlanıb.
Gülşən Şərif
Bakı 



