• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Velosipedçini öldürən sürücüyə bu cəza verildi

CƏMİYYƏT

30 Iyun 2026 | 14:24

Velosipedçini öldürən sürücüyə bu cəza verildi

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Göyşaban kəndi ərazisində “Toyota Prius” markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub öldürən gəncə hökm oxunub.

Bildirilib ki, R.Teymurov Lənkəranda özəl şirkətlərin birində mühafizəçi işləyirmiş və işə velosipedlə gedib-gəlirmiş. Hadisə də həmin zaman baş verib.

Lənkəran Rayon Məhkəməsi C.Səfərlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. Ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. (Qafqazinfo.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR