• Bakı 26° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

CƏMİYYƏT

30 Iyul 2026 | 14:10

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü,  tanınmış muğam bilicisi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, sənətkarın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.

Bildirilib ki, Aqil Məlikov həkim nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın vaxtlarda sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış simalarından biri olmaqla yanaşı, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.

Sənətkarın səhhəti ilə bağlı yeni məlumat olduqca ictimaiyyətə çatdırılacaq. (Milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026