• Bakı 25° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Qırğızıstanda məktəblər 12 illik təhsil sisteminə keçdi

DÜNYA

30 Iyun 2026 | 12:32

Qırğızıstanda məktəblər 12 illik təhsil sisteminə keçdi

Qırğızıstan hökumətinin müvafiq qaydalardakı dəyişikliyinə əsasən, məktəblər rəsmi olaraq 12 illik təhsil sisteminə keçib.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, "Ümumi Təhsil Təşkilatları haqqında Nümunəvi Əsasnamə"də yer alıb.

 Dəyişikliyə əsasən, ümumi təhsilin birinci səviyyəsinin 6 il, ikinci səviyyənin 3 il, üçüncü səviyyənin isə 3 il davam edəcəyi nəzərdə tutulur. Beləliklə, təhsil 12 il davam edəcək.

Tədris ili ən azı 34 həftə davam edəcək. Birinci sinif şagirdləri (32 həftə) və ikinci sinif şagirdləri (33 həftə) üçün istisnalar edilib. Məktəb tətillərinin ümumi müddəti ən azı 30 gün, yay tətilləri isə ən azı 14 həftə olacaq.

Bu qərar ümumi təhsil təşkilatlarında tədris ilinin optimal müddətini və tədris yükünün rasional bölgüsünü müəyyən etmək məqsədilə qəbul edilib.

Qərar rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026