• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Almaniya millisinin baş məşqçisi istefa verir?

İDMAN

30 Iyun 2026 | 13:56

Almaniya millisinin baş məşqçisi istefa verir?

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman futbol üzrə dünya çempionatında komandasının uğursuz çıxışına baxmayaraq, vəzifəsindən istefa verməyi düşünmür.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası 38 yaşlı mütəxəssisin gələcəyi ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək.

Bildirilib ki, federasiya rəhbərliyinin bəzi üzvləri yığmanın sükanı arxasında Yurgen Kloppu görmək istəyirlər. Buna baxmayaraq, çalışdırıcı ilə hələlik rəsmi danışıqlar aparılmayıb.

Qeyd edək ki, Yulian Naqelsmanın Almaniya yığması ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

Xatırladaq ki, Bundestim dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb. Bu, Almaniya yığmasının mundiallar tarixində ilk dəfə penaltilər seriyasında uduzması kimi tarixə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026