"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.
Bu barədə Bakıvaxtı.az-a Bakı klubundan məlumat verilib.
20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.
A.Maluda ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.
Bakı 



