FIFA prezidenti Canni İnfantinonun təşkilatın müəyyən hissəsini özəl investorlara satmaq planı Avropada kəskin etirazla qarşılanıb.
Bakıvaxtı.az "Sky Sports"a istinadən xəbər verir ki, bir neçə aparıcı Avropa ölkəsi bu layihə reallaşacağı təqdirdə Dünya Çempionatını boykot etməyi nəzərdən keçirir.
UEFA-ya üzv olan federasiyaların bu həftə təcili iclas keçirərək ortaq mövqe nümayiş etdirəcəyi gözlənilir.
Futbol dünyasındakı bu gərginlik turnirin gələcəyini ciddi sual altında qoyur
Bakı 



