• Bakı 27° C

    10.42 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

"Neftçi" və "Zirə"nin növbəti sınağı

İDMAN

30 Iyul 2026 | 09:44

Neftçi və Zirənin növbəti sınağı

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.

Bakıvaxtı.az xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv ilk oyunda rəqibinə 4:2 hesabı ilə məğlub olub.

Bu gün eyni zamanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində təmsilçimiz "Zirə" Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək.

Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Estoniyada keçirilən ilk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026