• Bakı 27° C

    10.42 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Neymar üçün vida oyunu keçirilə bilər

İDMAN

30 Iyul 2026 | 10:32

Neymar üçün vida oyunu keçirilə bilər

Braziliya millisinin sabiq hücumçusu Neymar üçün yığmada vida oyunu təşkil oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "O Globo" nəşri məlumat yayıb.

Braziliya Futbol Konfederasiyası (CBF) 34 yaşlı futbolçu üçün vida matçının keçirilməsi variantını nəzərdən keçirir. Hazırda bu təşəbbüs ilkin müzakirə mərhələsindədir.

Xatırladaq ki, Neymar bu yaxınlarda Braziliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 2010-cu ildə debüt etdiyi yığmada 130 oyuna çıxıb, 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. Neymar həmçinin Braziliya millisinin tarixinin ən sərrast bombardiridir.

Təcrübəli futbolçu millinin heyətində 2016-cı il Olimpiadasının və 2013-cü il Konfederasiyalar Kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026