• Bakı 25° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Azərbaycan "Metrik Konvensiya"ya qoşulur

CƏMİYYƏT

30 Iyun 2026 | 11:25

Azərbaycan Metrik Konvensiyaya qoşulur

Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Deputatların müzakirəsindən sonra "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026