• Bakı 23° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Hazırda dünyada neçə milyarder var?

DÜNYA

30 Iyun 2026 | 18:16

Hazırda dünyada neçə milyarder var?

Hazırda dünyada 3302 nəfər milyarder var ki, bu da rekord göstəricidir. 

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “UBS Group AG” bankının illik hesabatında deyilir. 

2025-ci ilin aprelindən 2026-cı ilin aprelinədək olan dövrü əhatə edən hesabata əsasən, son bir il ərzində dünyada milyarderlərin sayı 383 nəfər, yaxud 13,1% artıb. 

“Onlardan min nəfərdən çoxu ABŞ-də, 562 nəfər Çində və 211 nəfər Hindistanda yaşayır. Ardınca müvafiq olaraq 193 və 122 milyarder ilə Almaniya və Rusiya gəlir”, - sənəddə deyilir. 

Bildirilir ki, qeyd olunan milyarderlərdən yalnız 19 nəfərinin sərvəti 100 milyard dollardan çoxdur. Onlardan 15 nəfəri ABŞ-də yaşayır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR