• Bakı 25° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Dünyanın ən yaxşı universitetləri açıqlandı

DÜNYA

30 Iyul 2026 | 17:44

Dünyanın ən yaxşı universitetləri açıqlandı

Dünyanın ən yüksək reytinqli universiteti Harvard Universiteti seçilib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, Yaxın Şərq Texniki Universitetinin (Orta Doğu Texnik Universiteti) İnformasiya İnstitutunun nəzdində yaradılan URAP (University Ranking by Academic Performance) araşdırma laboratoriyasının reytinq siyahısında yer alıb.

2025-2026-cı illər üçün dünya reytinq siyahısına görə, Çindən "Zhejiang" Universiteti 2-ci, Çindən "Şanxay Jiao Tong" Universiteti və "Tsinghua" Universiteti müvafiq olaraq 3-cü və 4-cü, Böyük Britaniyadan London Universitet Kolleci isə 5-ci yerdədir.

Türkiyədən 13 universitet də dünyanın ən yaxşı 3000 universiteti reytinqində ilk 1000-ə daxil olub.

Qeyd edək ki, URAP dünya üzrə ali təhsil müəssisələrini reytinqləşdirən 11 nüfuzlu təşkilatdan biridir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR