• Bakı 24° C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Çin Yaponiyanın nüvə ambisiyalarını "qırmızı xətt" adlandırıb

DÜNYA

30 Iyul 2026 | 17:03

Çin Yaponiyanın nüvə ambisiyalarını qırmızı xətt adlandırıb

Çin Yaponiyanın nüvə ambisiyalarına qarşı sərt bir xəbərdarlıq edərək bunun "heç vaxt keçməməli olan qırmızı xətt" olduğunu bildirib.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Canq Bin deyib.

O,  bildirib ki, Yaponiya beynəlxalq səviyyədə nüvə potensialını inkişaf etdirmək ərəfəsində olan bir dövlət kimi tanınır. Ölkə təxminən 44,4 metrik ton ayrılmış plutonium toplayıb və uzun müddətdir ki, sürətli nüvə partlayışı üçün bu potensialı qəsdən qoruyub saxlayır. 

"Yaponiyanın "üç qeyri-nüvə prinsipi"ni pozmaq cəhdi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə (NSYM) təsbit olunmuş beynəlxalq hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozur, beynəlxalq nüvə silahlarının yayılmaması rejimini sarsıdır və İkinci Dünya Müharibəsində qələbənin nəticələrinə və müharibədən sonrakı beynəlxalq nizama ciddi təhlükə yaradır", - Bin qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR