30-dan çox ölkə matəm tədbirlərində rəsmi nümayəndə heyəti ilə iştirak etməyə və İranın sabiq ali rəhbəri Əli Xameneinin xatirəsini yad etməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, bunu Əli Xameneinin vida və dəfn mərasiminin təşkili üzrə Milli Qərargahın katibi Əli Əkbər Purcəmşidian deyib.
"30-dan çox ölkə ehtiramını bildirmək üçün mərasimdə iştirak etməyə hazır olduğunu bildirib və müraciət edib. 90-dan çox ölkənin dini liderləri mərasimdə iştirak etməyə hazır olduqlarını bildiriblər", - o qeyd edib.
Xatırladaq ki, İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimi iyulun 4-də başlayacaq, dəfn isə iyulun 9-da olacaq.
Bakı 



