Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evinə gec gəlib və onun telefonu stolun üstündə qalıb. Ondan şübhələnən həyat yoldaşı telefonu götürüb "WhatsApp" yazışmalarına baxarkən İlyasın bir xanımla səmimi yazışmasını görüb. O, həmin mesajları oxuyarkən İlyas otağa daxil olub və ər-arvad arasında mübahisə başlayıb. Mübahisə nəticəsində İlyas həyat yoldaşını yerə yıxaraq ona şillə və təpik zərbələri endirib.
Davadan sonra qadın polisə müraciət edib. Əraziyə polis əməkdaşları gəliblər və İlyas saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə İlyas Ağayev 1 500 manat cərimə edilib. (Oxu.az)
Bakıda kişi telefonuna baxan arvadını döydü
HADİSƏ
30 Iyun 2026 | 14:17

SON XƏBƏRLƏR
12:44
10:59
Bakı 


