• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

AQTA nümayəndəsi EPPO-nun iclasında iştirak edib

CƏMİYYƏT

30 Iyun 2026 | 18:10

AQTA nümayəndəsi EPPO-nun iclasında iştirak edib

23–26 iyun tarixlərində Tbilisi şəhərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Fitosanitar Qaydalar üzrə İşçi Qrupunun 64-cü iclası keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev iştirak edib.

Tədbirdə bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarının yenilənməsi, beynəlxalq fitosanitar standartların təkmilləşdirilməsi, diaqnostik standartların təsdiqi, həmçinin, karantin zərərli orqanizmlərin siyahılara daxil edliməsi və ya çıxarılması, yeni standartlarla bağlı məsələlər müzakirə olunub.  

Bundan əlavə, EPPO-nun informasiya və kommunikasiya sahəsində həyata keçirdiyi fəaliyyətlər də nəzərdən keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026