• Bakı 24° C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Bakıdan Qarsa ilk uçuş həyata keçirildi - FOTO

CƏMİYYƏT

30 Iyul 2026 | 16:58

Bakıdan Qarsa ilk uçuş həyata keçirildi - FOTO

Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR