• Bakı 25° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

CƏMİYYƏT

30 Iyul 2026 | 17:28

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

İmişlidə illərdir aliment borcunu ödəməyən ata həbs edilib.

Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, rayon sakini - 36 yaşlı İman Quliyev (şərti) beş il ərzində yığılmış aliment borcunu ödəməklə bağlı məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur.

İttiham aktına görə, İman Quliyev 2020-ci ildə həyat yoldaşından rəsmi şəkildə ayrılıb. Bundan sonra məhkəmə ona iki övladının hər biri üçün 170 manat olmaqla, aylıq 340 manat ödəməyi tapşırıb. Lakin İ.Quliyev bu tapşırığı icra etməyib. Nəticədə 2025-ci ilədək 18 min manatdan artıq aliment borcu yığılıb. Zərərçəkən keçmiş yoldaşının şikayəti əsasında İman haqqında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aliment borcunu ödəmədiyi üçün indiyədək 2 dəfə inzibati qaydada 15 günlük həbs edilib. Bir dəfə də 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Həmçinin ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulub. Lakin yenə də borcu ödəməyib.

O, Bakıda tikinti gedən binalarda usta kimi işlədiyini deyib.

Zərərçəkən qadın isə keçmiş ərinin aylıq kifayət qədər pul qazandığını, həmin vəsaiti də istirahət və əyləncələrinə xərclədiyini bildirib və məhkəmədən bütün aliment borcunun ödənilməsini, yaxud İman Quliyev barəsində qanuni tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə İman Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR