• Bakı 25° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

CƏMİYYƏT

30 Iyun 2026 | 12:56

Daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Avqustun 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 280 min 470 manat olan 28 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026