• Bakı 25° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

“Qarabağ”a 1 milyona gəldi

İDMAN

30 Iyun 2026 | 14:31

“Qarabağ”a 1 milyona gəldi

Macarıstanın “Zalaeqerseq” klubunun futbolçusu Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, “Nemzeti Sport” nəşri bu barədə belçikalı insayder Saşa Tavolyeriyə istinadən xəbər yayıb.

Bildirilib ki, klubu ilə gələn ilin yayına qədər müqaviləsi olan 24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunub.

Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Bununla Varkonyi ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Macarıstanın U-21 millisinin sabiq üzvü ölkəsində MTK klubunun yetirməsidir. Varkonyi 2023-cü ildən bəri “Zalaeqerseq” formasını geyinir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR